Adil Şükürov: “O durumda deyilik”

Xəbərlər
17 Fevral 2024 18:48
Adil Şükürov: “O durumda deyilik”

“Planlaşdırdığımız kimi oyuna aqressiv başladıq. İlk dəqiqələrdə qolumuzu da vurduq”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turunda “Sabah”a 2:3 hesablı məğlubiyyəti şərh edib. Şükürov səhvlərə yol verdiklərini bildirib: “Bəzi səhvlərimizdən sonra "Sabah" üstünlüyü ələ keçirdi. Çalışırdıq ki, dönüş edək. Bizi qarşıda daha vacib oyunlar gözləyir. Həmin matçlarda düzgün qərarlar verib lazım olan nəticələri qazanmağa çalışacağıq. Oyun olaraq heç bir futbolçudan narazılığımız yoxdur. Komanda aqressivliyini saxlaya bilir, qol vura bilir. Bizə vacib olan qol vurmaqdır. Arxayınlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Çünki o durumda deyilik”.

Adil Şükürov hesabı açdıqdan sonra üstünlüyü niyə qoruya bilmədiklərinə də aydınlıq gtirib: “Qol vurandan sonra komanda çox sadə səhvlər etməyə başlayır. Səhvlərdən sonra rəqiblər üstünlüyü ələ alır. Bunun üzərində daha çox çalışmalıyıq. Görüləsi işlər çoxdur. Bəzən futbolçuların təcrübəsi daha önə keçir. Papunaşvilini də sona qədər meydanda saxladıq. Bu futbolçuların verəcəyi düzgün qərarları gözləyərək addımlar atırıq”.

Qeyd edək ki, hesabında 20 xal olan “Kəpəz” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

İdman.biz