Elan əlavə et Ana səhifə Alqı-satqı Kirayə Agentliklər Yaşayış kompleksləri Əlaqə

Bayıl Bay

‍4 000 ₼-dən

DDLAR Group

Bayıl Bay

1773 dəfə baxılıb

Qurban Abbasov küç., 5

  • 1 korpus
  • 17 mərtəbə
  • 32 mənzil

 

Ev haqqında məlumat

Yaşayış kompleksi «Bayil Bay» - dəniz sahilində premium-klass tipli mənzillərdir!

Yeri

«Bayil Bay» yaşayış kompleksi Bakıda Səbail rayonunun Bayıl qəsəbəsində, Qurban Abbasov küçəsində, dəniz sahilindən ndən yüz əlli metr məsafədə yerləşir.

Yaxınlığında sənaye müəssisələri yoxdur, yeganə narahatlıq mənbəyi Е119 avtomagistralının olmasıdır. Paytaxtın mərkəzinə qədər olan məsafə təxminən dörd kilometrdir. Mikrorayonun infrastrukturası yaxşı inkişaf etmişdir.

Yeni kompleksin ətrafı

Kompleksin yaxınlığında «Dunyagöz» tibb mərkəzi, bir neçə kafe, otel, gözəllik salonları, apteklər, ərzaq mağazaları və üç supermarket yerləşir.

Məktəb yaşlı uşaqları olan sakinlərinin xidmətinə yüz metr məsafə yaxınlığında olan 91 saylı ümumtəhsil məktəbi verilmişdir. Beş yüz metr radiusunda daha iki məktəb – 203 və 163 saylı məktəblər fəaliyyət göstərir. Yaxınlıqda Şamama Ələsgərova adına klinik doğum evi, Beynəlxalq göz klinikası və bir neçə uşaq bağçası yerləşir. Kilometr məsafəsində geniş şəkildə tanınmış «Bakı Kristal Zalı» yerləşir.

Kompleksin memarlığı və xüsusiyyətləri

Yaşayış kompleksi «Bayıl Bay» – Bakı iqliminin xüsusiyyətləri və rahatlıq səviyyəsinəolan müasir tələblər nəzərə alınmaqla layihələndirilmiş bir bloklu on altı mərtəbəli binadan ibarətdir. Layihəyə görə maksimal seysmik davamlılığı təmin edən möhkəm dəmir betondan monolit çərçivə və monolit dəmir-beton bünövrə yaradılması nəzərdə tutulmuşdur.

Xarici divarları yüksək istilik və səs izolyasiyasına malik olan ekoloji baxımdan təhlükəsiz materialların istifadəsi ilə inşa olunur. Fasad keramik-qranit örtüklü ventilyasiyasistemi ilə üzlənir.

Binanın hər mərtəbəsində dekorativ bitkilərin əkildiyi açıq geniş terasların olması binaya qeyri-adi xarici görünüş verir. Pəncərə blokları və eyvan qapıları yüksək keyfiyyətli plastikdən hazırlanmış, və enerji qoruyan şüşə paketlərlə şüşələnmişdir.

Binanın blokunda müasir standartlara uyğun olan bir sərnişin və bir yük lifti quraşdırılmışdır.

Binanın ərazisi

Kompleksin abadlığına daxildir:

  • öz hovuzu;
  • restoran;
  • qəbul-yerləşdirmə xidməti;
  • istirahət zonası;
  • uşaqlar üçün oyun zonası;
  • avtoparkovka.

Kompleksin öz infrastrukturunun obyektləri aşağı üç mərtəbəsində yerləşib. İstismara verilən tikilidə rahat istirahət zonası yaradılır.

Nəqliyyat mübadiləsi

Yeni kompleksin yanında mikrorayonu mərkəz və şəhərin digər rayonları ilə birləşdirən minimal beş dəqiqə intervalı ilə yeddi avtobus marşrutu fəaliyyət göstərir.

«İçərişəhər» yaxın metro stansiyasına qədər iki kilometrdən artıq məsafədir. Beynəlxalq avtovağzal on bir kilometr məsafədə yerləşir, Dəmir yolu vağzalına isə altı kilometrdən artıq məsafə deyil.

Mənzillərin parametrləri və satışı

«Bayil Bay» yaşayış kompleksində sahəsi 238-635 m2 olan üç, dörd və beş otaqlı mənzillər var.

Tikinti şirkəti mənzil almaq üçün nağd ödəmə təklif edir, ipoteka və ya hissələrlə ödəmə haqqında qərar fərdi əsaslarla qəbul edilir.

Kvadrat metrin dəyər qiymətini dəqiqləşdirmək, planlaşdırmanın variantları, görülən işlərin həcmi və ödəmə üsullarını rəsmi saytda göstərilən ünvana müraciət etməklə öyrənmək mümkündür. Onun səhifələrində elektron kataloq vardır ki, onun da köməyi ilə münasib mənzilin seçim prosesini asanlaşdırmaq olar.

Kim tikir

Kompleksi 1999-cu ildə yaradılan «DDLAR Group» tikinti şirkəti inşa edir. Müəssisə Bakı şəhərində yaşayış komplekslərinin tikintisi ilə və tikinti ilə bağlı işləri görür. Onun portfoliosunda uğurla yerinə yetirilmiş bir çox layihələr var ki, onunlada təşkilat fəxr edə bilər.

Populyar axtarışlar