İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya veriləcək uran mərmiləri nədir?

3167 23.03.2023 15:47 Gündəm A A

Rusiyalı ekspertlərə görə, bu mərmilər təhlükəli olsa da,  hərbi əməliyyatların gedişinə  heç bir ciddi təsiri olmayacaq

Böyük Britaniyanın müdafiə nazirinin müavini Annabel Qoldinin Londonun Ukraynaya “Challenger 2” tankları tədarük etməklə yanaşı,  Kiyevə uranlı mərmi  verəcəyi barədə bəyanatı  ciddi reaksiyaya səbəb olub. Bir çox siyasətçilər və hərbi ekspertlər Britaniya hakimiyyətinin bu qərarını Ukrayna müharibəsində qarşıdurmanı daha da tətikləyən addım kimi qiymətləndiriblər.

Bəs söhbət hansı mərmilərdən gedir və nə qədər təhlükəlidir?

Söhbət Britaniyanın L26A1 və L27A1 tipli 120 mm-lik zirehdələn tank mərmilərindən gedir. Onların zirehə nüfuzu müvafiq olaraq 600 və 720 mm-dir. İnternetdəki açıq məlumatlara görə, 1991-ci ildə Britaniya hərbçilərinin ixtiyarına verilmiş L26A1 tank mərmisi iki kilometr məsafədən 443 mm-ə qədər homojen zirehləri deşməyə qadirdir. Bu cür mərmilərin hazırlanması üçün urandan istifadə olunur. Bu materialın sıxlığı digər ərintilər və metallardan 2,5 dəfə yüksəkdir. Buna görə də, mərmi daha yüksək sürətə (1575 m / s-ə qədər) hədəfə çatır, bunun sayəsində zirehə nüfuzun artmasına nail olmaq mümkündür.

741.jpg (580 KB)

Bəzi hesablamalara görə, bu cür mərmilərin ballistik parametrləri Rusiyanın T-72B, T-72B3M, T-80BV tankları üçün ciddi təhlükə yaradır. Amma o da bildirilir ki, müasir rus tanklarının T-80BVM, T-90A və T-90M  uran mərmilərinə tab gətirə bilər.

Silahlı münaqişələrdə uran mərmilərindən istifadə təcrübəsi var. Məsələn, keçmiş Yuqoslaviyada və İraqda belə mərmilərdən istifadə olunub. Bu mərmlər radiasiya, yüngül şüalanma və ərazidə ciddi radioaktiv çirklənmə yaradır, əhali arasında ciddi xəstəliklərə səbəb ola bilər.

Qeyd olunur ki, belə mərmiləri atanlar üçün incə dənəli aerozol xüsusilə təhlükəlidir. Uran toz hissəciklərinin həzm və tənəffüs orqanlarına daxil olması ağır kimyəvi zəhərlənmələrə və onkoloji xəstəliklərin inkişafına səbəb olur. 1999-cu ildə NATO-nun Yuqoslaviyaya qarşı təcavüzü zamanı bu mərmilərdən istifadə faciəli nəticələrə səbəb olub. Həm mülki əhali, həm də koalisiya ölkələrinin hərbi qulluqçuları, xüsusən də italyalı  hərbçilər arasında xəstəliklər artıb. İtaliya prokurorluğu da hərbçiləri arasında artan xərçəng hallarını araşdırıb. İtaliyanın Uran Qurbanları Assosiasiyasının məlumatına görə, NATO qüvvələrinin tərkibində olan 300-dən çox hərbçi müxtəlif növ şişlərdən ölüb və 3600-dən çox insan xəstələnib. O zaman hərbi əməliyyatlarda iştirak edən hərbçilər arasında xərçəng xəstəliyi İtaliyadakı mülki əhali ilə müqayisədə 5-6 dəfə yüksək olub. Mütəxəssislər Serbiya gəncləri arasında daha çox xərçəngdən əziyyət çəkənləri qeydə alıblar.  NATO-nun bombardmanlarından sonra ilk on ildə respublikada 30 mindən çox insan xərçəng xəstəliyinə tutulub ki, onların yarısı ölüb. Bunun nəticəsidir ki, Serbiya Avropada onkoloji xəstəliklərin sayına görə birinci yerdədir. Bununla belə, ABŞ səlahiyyətliləri radioaktiv mərmilərin istifadəsi ilə xərçəng arasında birbaşa əlaqə olduğunu inkar ediblər.

fa10581669673789141942da2138b2c8.jpg (462 KB)

Bəs, bu mərmilər  Ukrayna müharibəsində dönüş yarada bilərmi?

Rusiyalı ekspertlərə görə, bu mərmilər təhlükəli olsa da,  hərbi əməliyyatların gedişinə  heç bir ciddi təsiri olmayacaq. Bunun baş verməsi üçün Böyük Britaniya Ukraynaya uran mərmilərilə dolu bir neçə eşelon göndərməlidir. 

Qeyd edək ki, Rusiya prezident Vladimir Putin  bildirib ki, Qərb nüvə komponenti olan silahlardan istifadə etməyə başladığı üçün Rusiya da  analoji cavab verməyə məcbur olacaq.  Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, uran mərmilərindən istifadə qərarını “əhaliyə qarşı soyqırım” adlandırıb.

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR