Bayıl və Bibiheybət yenidən qurulacaq
Bakı şəhərindən respublikanın cənub-qərb istiqamətindəki əsas çıxış yolunun məhz buradan keçməsi ilə əlaqədar burada əsaslı yenidənqurmaya ehtiyac yaranıb. Bunula əlaqədar artıq tanınmış memarlarından təşkil olunmuş 2 qrup tərəfindən Bayıl-20-ci yaşayış sahəsində, buradan keçən Bibiheybət və Salyan şossesi boyunca ən müasir standartlar səviyyəsində aparılacaq yenidənqurma-abadlıq və quruculuq işlərinin layihələndirməsi aparılır və işlər başa çatan kimi onların həyata keçirilməsinə başlanacaq.
Nəzərdə tutulan işlər çərçivəsində həmçinin bu ərazilərdə ən çox ehtiyac duyulan içməli su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, məhəllədaxili yoların təmiri və işıqlandırılması, burada tam yeni infrastukturun yaradılması da nəzərdə tutulub.
Teqlər: